Şamaxı və Xızıda zəlzələ oldu: xəsarət alan var?

Şamaxı və Xızıda zəlzələ oldu: xəsarət alan var?

16:15

Şamaxı və Xızıda zəlzələ qeydə alınıb.

Bu barədə AzerTimes-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla 16:02-də qeydə alınan zəlzələnin maqnitudası 3.7, dərinliyi 7 km olub. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Yerli vaxtda 16:04-də qeydə alınan ikinci təkanın isə maqnitudası 3.1, dərinliyi 4 km olub.

Zəlzələ hiss olunmayıb.

***

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Teqlər: