Şamaxı. Çingiz Səfərli – Trend:
Hazırda “Şirvan” şərab zavodunun məhsulları Polşa, Çin və Yaponiyaya ixrac olunur.
Trend xəbər verir ki, bu barədə tur bələdçisi Nicat Məhərrəmov məlumat verib. O bildirib ki, Rusiya və Almaniya ilə də bu istiqamətdə danışıqlar aparılır.
“Proses yekunlaşmaq üzrədir. Yaxın gələcəkdə şərab ixracı ilə bağlı ABŞ-la da danışıqlar aparmaq niyyətindəyik”.
Twitter: @cingizsafarli