Şamaxı rayonunda yanğın hadisəsi baş verib.
Hadisə rayonun Hacılı kəndində qeydə alınıb.
Belə ki, kənd sakininə məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı iş araşdırılır.