Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
AzerTimes xəbər verir ki, sonuncu – XXVII turun oyunları çərçivəsində doğma meydanda “Araz Saatlı”nı (2:1) məğlub edən “Şamaxı” I Liqanın çempionu olub. Bu nəticədən sonra “Şamaxı” yenidən Premyer Liqaya vəsiqə əldə edib.
Səfərdə “Mingəçevir”ə qalib (2:1) gələn “Qaradağ Lökbatan” isə mövsümü ikinci pillədə başa vurub.
Qeydə alınan nəticələrin ardından turnir cədvəliində “Şamaxı” 57 xalla lider, “Qaradağ Lökbatan” isə 56 xalla ikinci olub.