ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş Daimi Nümayəndəsi Samanta Pauerin namizədliyi Senat Konqresi tərəfindən Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri vəzifəsinə təsdiq alıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
Onun lehinə 68, əleyhinə isə 26 senator səzə veriblər.
Xatırladaq ki, 2003-cü ildə Pulitzer mükafatı laureatı, 50 yaşlı irlandiyalı Pauer 2013-2017-ci illərdə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi vəzifəsində çalışıb.
1961-ci ildə yaradılan USAİD ölkənin xarici yardım məsələləri sahəsində ən yüksək federal hökumət orqanıdır. Agentliyin rəhbəri və onun müavini ABŞ Senatının razılığı ilə prezident tərəfindən təyin edilir və Dövlət Departamenti ilə koordinasiyalı fəaliyyət göstərir. Agentliyin əsas fəaliyyət sahələri ticarət, kənd təsərrüfatı, səhiyyə, humanitar və iqtisadi inkişafa dəstək vermək, digər ölkələrdə münaqişələrin qarşısının alınmasında və demokratiyanın inkişafında kömək etməkdir.