Salyanda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə olunub

Salyan şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Salyan şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və mebel 0,5 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: