Salyanda “Toyota” “Kamaz”a çırpıldı: ölən var

Salyanda “Toyota” “Kamaz”a çırpıldı: ölən var

Fevralın 20-si saat 00:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində iki nəqliyyat vasitəsi toqquşub.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 1986-cı il təvəllüdlü Qoşqar Teymurzadənin idarə etdiyi “Toyota Korolla” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən 1976-cı il təvəllüdlü Zaur Ağayevin idarə etdiyi “Kamaz” markalı avtomobilə arxadan çırpılıb.

Nəticədə minik avtomobilində olan sərnişin 1954-cü il təvəllüdlü Faiq Ağa aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1994-cü il təvəllüdlü Ülkər Məmmədova isə xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Teqlər: