Salyan sakini kürəkənini qətlə yetirib.
Salyan rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aprelin 25-i saat 23 radələrində Samux rayonu, Təzəkən kəndi
ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla qeyd edilən kənd sakini Məlikağa
Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə
zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək
onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.