Salyanda qapı-pəncərə sexi yanıb

Salyan rayonunda ümumi sahəsi 24 m² olan plastik qapı-pəncərə sexinin lambirdən ibarət tavanı 8 m² sahədə, sexin içərisində 2 ədəd qapı, pəncərə və 1 ədəd kodisioner yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sexin qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: