Xəbər - Fərid Zöhrabov – Trend:
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. Araşdırmalarla onun Düzənlik kənd sakini Oruc Höküməliyev olduğunu müəyyən edilib.
Həmin şəxsdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.