Salyanda kişi 25 yaşlı həyat yoldaşını öldürdü

Salyanda kişi 25 yaşlı həyat yoldaşını öldürdü

Salyanda 25 yaşlı qadın qətlə yetirilib.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 16-da saat 15 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü təvəllüdlü Qaraş Rabil oğlu İbrahimov könüllü polisə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: