Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Qardili kənd sakini Məhərrəm Lətifovun, Yenikənd kənd sakini Xaləddin Əzizovun və Qarabağlı kənd sakini Zaur Qurbanovun mövcud qaydaları pozaraq yaşayış evlərinin həyətlərində təyin olunmuş saydan artıq qonağın iştirakı ilə toy məclisləri keçirdikləri müəyyən olunub.
Aşkarlanan qayda pozuntulari ilə bağlı ev sahibləri və məclis iştirakçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.