Salyanda intihar etmək istəyən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
daxil olan məlumata əsasən, Salyan rayonunun Xıdırlı kəndində 1
nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək
istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə
qəsd etmək fikrindən daşınıb.

Teqlər: