Salyan rayonunun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 228 m²
olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli
evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona
bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə
(ümumi 192 m²) yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Əliyev
Əliyar Alı oğlunun və 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə
qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar
edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi
yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri
tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.