Salyanda birmərtəbəli ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib

Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: