İki gündür yağan intensiv leysan yağışları Salyanda həyatı iflic edib.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, yağan yağışlar nəticəsində rayonun mərkəzi küçələri ilə yanaşı, bazarını da su basıb.
Yağışlar səbəbindən bazarda çalışan vətəndaşlar meyvə-tərəvəz dükanlarını bağlamaq məcburiyyətində qalıblar.