Salyanda ağır qəza: ölənlərin sayı artdı – Foto

Salyanda ağır qəza: ölənlərin sayı artdı – Foto

16:57

Salyanda baş verən yol qəzasında ölənlər və yaralananlar var.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aprarılır.

***

Salyan rayonunda baş verən avtomobil qəzasında ölənlərin kimliyi məlum olub.

Məlumata görə, qəzada ölənlər Sabirabad rayon sakinləri – 1965-ci il təvəllüdlü Vüqar Həsənqulu oğlu İmanov və 1994-cü il təvəllüdlü Coşqun Məmmədhüseyn oğlu Məmmədovdur.

Hadisə zamanı xəsarət alanlar isə Sabirabad rayon sakinləri – 1985-ci il təvəllüdlü Mirzağa Həbib oğlu Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Fərhad qızı Məmmədova, onların qızı, 2011-ci il təvəllüdlü Fatimə Mirzağa qızı Məmmədli və qəzada ölən V.İmanovun oğlu, 2011-ci il təvəllüdlü Tərlan Vüqar oğlu İmanovdur.

***

Qəzada yaralanan Tərlan Vüqar oğlu İmanov xəstəxanada həkimlərin səyinə baxmayaraq xəstəxanada vəfat edib.

Teqlər: