Salyan rayonunda iki yük maşınları toqquşub, xəsarət alanlar var.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Kamaz” markalı yük maşını qarşıda hərəkət edən digər “Kamaz”ın arxa hissəsinə çırpılıb. Nəticədə Masallı rayon sakinləri – 1995-ci il təvəllüdlü Fuad Bəybəla oğlu Ağayev və 1996-cı il təvəllüdlü Sədail Firdovsi oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.