Salyan rayon sakini H.Tarverdiyevə COVID-19 testinin pozitiv
nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq
edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi
tapşırılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a
verilən məlumata görə, lakin RPŞ-nin əməkdaşlarının keçirdikləri
müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə
pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi
prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq
yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus
infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini H.Məmmədov
karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən
olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana
qaytarılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.