Salyan şossesində yol çökdü

Salyan şossesində yol çökdü

Salyan şosesi, “Sədərək” Ticarət Mərkəzi istiqamətindəki magistral avtomobil yolunda çökmə baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

O qeyd edib ki, çökmə baş vermiş əraziyə baxış keçirilib.