Salyan şəhərində “Media və hüquqi maarifləndirmə” adlı konfrans təşkil edilib (FOTO)

Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti
institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi
məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq
Salyan şəhərində “Media və hüquqi maarifləndirmə” adlı işgüzar
konfrans təşkil edilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin
Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət
təşkilatlarının nümayəndələrinin iştirakı ilə Salyan rayon
prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.
Salyan rayon prokuroru Rəşad Mansurov informasiya təhlükəsizliyinin
təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın
əhəmiyyətindən bəhs edib.

2021-2023-cü illər üzrə Baş Prokurorluğun kommunikasiya
strategiyasından bəhs edən Baş Prokurorluğun Mətbuat xidmətinin
prokuroru Mələk Əliyeva vətəndaş məmnunluğunun təmin edilməsi
məqsədilə prokurorluğun sosial media platformalarında olan
müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək
200-ə qədər müraciətin məhz sosial media platformalarında olan
hesablar vasitəsilə qəbul edildiyini bildirərək vətəndaş
məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı
aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə
çatdırılmasının əhəmiyyətli olduğu tədbir iştirakçılarının
diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Baş Prokurorluğun Mətbuat Xidmətinin
prokuroru Aynur Əfəndiyeva media və qeyri-hökumət təşkilatları ilə
kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayaraq
prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi
istiqamətində görülmüş kompleks işlər barədə məlumat verib.

Konfrans iştirakçıları mövcud əməkdaşlıqdan məmnunluqlarını
bildirərək, gələcəkdə də görüşlərin təşkilinin əhəmiyyətli
olacağını vurğulayıblar.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Teqlər: