Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Cənab Prezident, Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə 60 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Sizin rəhbərliyinizlə Azərbaycan müasir müstəqil və uğurlu dövlət quruculuğunda mühüm nailiyyətlər əldə etmişdir.

Bu, bir danılmaz faktdır ki, regionumuz malik olduğu gesosiyasi potensialını tam istifadə etməkdə çoxlu problem və maneələrlə üzləşmişdir. Gürcüstan ilə Azərbaycanı əsrlər boyu dostluq, mehriban qonşuluq münasibətləri, qarşılıqlı hörmət və ümumi maraqlar birləşdirir. Buna görə də mən qəti şəkildə inanıram ki, biz birlikdə ümumi regional problemlərimizi regional imkanlara çevirəcəyik. Əminəm ki, biz birgə səylərimizlə regionda sülhü və sabitliyi möhkəmləndirəcəyik. Bunun isə təkcə region deyil, dünya üçün faydalı nəticələri olacaqdır. Bizim üçün Qafqazın iqtisadi potensialını tam reallaşdırmaq və regionu Şərqlə Qərb arasında əlaqə mərkəzinə çevirmək zamanıdır.

Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Sizin ölkələrimiz arasında əlaqələrin dərinləşməsi ilə bağlı möhkəm qətiyyətiniz gələcək nəsillər üçün dostluq və qarşılıqlı hörmət nümunəsi olaraq qalacaqdır. Mən Gürcüstan ilə Azərbaycan arasında strateji əlaqələrin möhkəmlənməsinə dəstəyimi bir daha təsdiqləyirəm. Əminəm ki, biz əməkdaşlığımızı dərinləşdirəcəyik, qarşıya yeni məqsədlər qoyacaq və onun nəticələrindən bəhrələnəcəyik.

Zati-aliləri, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin. Sizə və dost Azərbaycan xalqına cansağlığı, firavanlıq, Yeni ildə yeni uğurlar arzulayıram”.

Teqlər: