Salman Rüşdinin səhhəti ilə bağlı yeni açıqlama

Salman Rüşdinin səhhəti ilə bağlı yeni açıqlama

Avqustun 12-də Nyu Yorkda hücuma məruz qalan Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi süni nəfəs aparatından ayrılıb.

AzerTimes xəbər verir ki, bu barədə yazıçının agenti Endryu Uayli məlumat verib.

Onun sözlərinə görə, Rüşdi danışır, hətta zarafat da edir.

Uayli yazıçının səhhəti ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, Salman Rüşdinin dünən süni nəfəs aparatına qoşulduğu deyilmişdi.

Teqlər: