Sallivan Zurabişvili ilə etirazları müzakirə etdi

Sallivan Zurabişvili ilə etirazları müzakirə etdi

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “Xarici agentlər haqqında” qanun layihəsinə etirazları müzakirə etmək üçün Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Sallivan bu gün Gürcüstan prezidenti ilə görüşüb. Onlar son hadisələri, o cümlədən mübahisəli qanun layihəsinə etirazları müzakirə etmək imkanı əldə ediblər.

Sallivan Zurabişviliyə açıq şəkildə bildirib ki, Vaşinqton ölkənin demokratik gələcəyini dəstəkləmək və islahatları irəli aparmaq üçün Tiflislə işləməkdə davam edəcək. Biz qanun layihəsinin geri götürülməsindən məmnunuq”, – Kirbi jurnalistlərə bildirib.

Teqlər: