Sallivan Səudla İran təhlükəsini müzakirə etdi

Sallivan Səudla İran təhlükəsini müzakirə etdi

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman əs-Səud telefonda Yəmən məsələsini müzakirə edib. Onlar İrandan gələn təhdidlərin qarşısının alınmasının vacibliyini vurğulayıblar.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, telefon danışığında Sallivan ABŞ Prezidenti Baydenin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün sarsılmaz öhdəliyini bir daha təsdiqləyib.

Teqlər: