ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İstanbulda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Görüş zamanı Sallivan ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha xatırladıb.
O, Rusiyanın beynəlxalq hüququ pozmasına imkan verilməyəcəyini, Rusiyanın işğalına dəstək verən şəxs, qurum və ya ölkəyə qarşı ciddi tədbirlər görüləcəyini bildirib.