Sallivan gözlənilmədən Ukraynaya gəldi

Sallivan gözlənilmədən Ukraynaya gəldi

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Kiyevə öncədən elan olunmamış səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, C.Sallivan Kiyevdə Vladimir Zelenski və Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüş keçirib. Müzakirələrin təfərrüatı açıqlanmayıb.

ABŞ administrasiyası hələlik agentliyin dərc etdiyi məlumatı rəsmi olaraq təsdiq etməyib.

Teqlər: