ABŞ prezidenti Cozef Baydenin mili təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonda Fransa prezidenti Emmanuel Makronun müşaviri Emmanuel Bonn ilə görüşüb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Hornun yazılı bəyanatında deyilir.
Bəyanatda bildirilir: “Onlar G7 liderlərinin qarşıdakı görüşünü və NATO sammitini müzakirə ediblər. Sallivan və Bonn bütün dünyada koronavirus peyvəndlərinə çıxışın təmin edilməsi üzrə koordinasinı və qloballaşmanın səbəb olduğu vergi məsələlərini həll etmək üçün danışıqları davam etdirməyə razılaşıblar.
Onlar NATO-nun gücləndirilməsinə və modernləşdirilməsinə yönəlmiş işləri, habelə kiberməkanda zərərli fəaliyyətin yaratdığı problemləri …> və terrorizmi müzakirə ediblər. Bundan əlavə, tərəflər Rusiya, Çin, İran və Sahel bölgəsi ətrafında da fikir mübadiləsi aparıblar”.