Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan həftəsonu İsrailə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Bildirilib ki, səfər zamanı Sallivan Qəzza zolağına humanitar yardımın nəqlinin artırılmasını müzakirə edəcək. Danışıqların digər mövzusu isə Vaşinqtonun İsrailin əməliyyatları nəticəsində Qəzzada mülki əhalinin həlak olması ilə bağlı narahatlığı olacaq.