Şallenberq: Vaxtı gələndə, Zelenski qərar verəcək!

Şallenberq: Vaxtı gələndə, Zelenski qərar verəcək!

Hazırda Ukrayna və Rusiya arasında sülh danışıqları üçün imkanlar görünmür, bu danışıqlara başlamaq qərarı prezident Vladimir Zelenski tərəfindən lazımi vaxtda veriləcək.

AzerTimes xəbər verir ki, bu sözləri Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq deyib.

“Biz bu qapını hər zaman açıq saxlamalıyıq (Ukrayna və Rusiya arasında sülh danışıqları üçün – red.), çünki son nəticədə sabit sülhə yalnız danışıqlar masası arxasında nail olmaq olar. Bununla belə, hesab edirəm ki, bunun vaxtı çatmayıb. Vaxtı gələndə prezident Zelenski bu barədə deməlidir”, – Şallenberq bildirib.

Teqlər: