Saleh Məmmədov AAYDA rəhbərliyindən çıxarıldı

Saleh Məmmədov AAYDA rəhbərliyindən çıxarıldı

Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

AzerTimes xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Vüsal Nəsirli AAYDA-nin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Saleh Məmmədov həmin vəzifəyə 2017-ci il dekabrın 21-də təyin olunmuşdu.