Şair Salam Sarvan səhhətindən danışıb.
AzerTimes xəbər verir ki, şair Teleqraf.com-a açıqlamasında vəziyyətinin yaxşı olduğunu deyib:
“Səhhətim yaxşıdır. Üç gün öncə əməliyyatdan çıxmışam. Xəstəxanadayam və səhhətimdə bərpa prosesi gedir. Yəqin ki, 10-15 gün xəstəxanada qalacam”.
Salam Sarvan onu da qeyd edib ki, xəstəxanada bütün dostları onu ziyarət edib.
Xatırladaq ki, Salam Sarvanın qaraciyərində şiş aşkarlanmışdı. O, Mərkəzi Gömrük Hospitalında 10 saatlıq ağır əməliyyat keçirib.