Avqustun 26-dan 29-dək Azərbaycan-Avropa Məktəbində əməkdar mədəniyyət işçisi Nəriman Məmmədovun təsis etdiyi “Salam” Beynəlxalq Uşaq və Gənclər Filmləri Festivalı keçiriləcək.
AzerTimes xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Pakistan, Ukrayna, İtaliya, Almaniya, İsveç, Polşa, Belçika və Böyük Britaniya kimi ölkələrdən 600-ə yaxın məktəbli iştirak edəcək.
Festivalın proqramı və iştirak edən filmlərin siyahısı daha sonra elan ediləcək, yeniliklər festivalın internet səhifəsində və sosial mediada yerləşdiriləcək.
ABŞ-AZ Mədəniyyət Fondu (USAZCF), ABŞ qeyri-kommersiya təşkilatı “SALAM” Festivalının fəaliyyətlərində iştirak edəcək.
Xatırladaq ki, 2019-cu ildə “PASHA Holdinq”in baş sponsorluğu ilə “Narimanfilm” Kinostudiyasının baş direktoru Nəriman Məmmədov tərəfindən təsis edilən festivalın əsas məqsədi yüksək keyfiyyətli peşəkar filmləri nümayiş etdirməklə gənclərdə bədii zövq və kino haqqında dərin anlayışın formalaşdırılmasıdır.