Xəbər - Orxan Nəbiyev – Trend:
İndoneziya, Sinqapur və ABŞ şirkətləri Sakit okeanın dibi ilə telekommunikasiya kabeli çəkəcək.
AzerTimes-ın məlumatına görə, Cənub-Şərqi Asiyanı ABŞ-la birləşdirən kabel 5G texnologiyalı rabitə xidmətlərini təmin edəcək.
Uzunluğu 15 min kilometr olacaq kabelin çəkilişi 2024-cü ilədək başa çatacaq və Sakit okeanda ən iri layihə olacaq.
Kabel ABŞ-ın qərb regionları ilə İndoneziya, Filippin və Sinqapuru əlaqələndirəcək.