Sakit okeanda, Yeni Kaledoniya sahillərində Rixter cədvəli ilə
7,2 bal gücündə zəlzələ olub.
Trend-in
məlumatına görə, təkanlarla əlaqədar sunami xəbərdarlığı elan
edilib.
Zəlzələnin episentri Yeni Kaledoniyadan 280 kilometr
cənub-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik hər hansı bir itki və ya fəsad barədə məlumat
verilməyib.