Sakit okeanda Tonqa adaları sahilləri yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 4,3 min nəfərin yaşadığı Neiafu qəsəbəsindən 161 km qərbdə yerləşib.
Zəlzələ yerin 242 km dərinliyində meydana gəlib.
Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat verilməyib.