Sakit okeanda Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 14 min insanın yaşadığı Kavienq şəhərindən 73,1 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı isə 10 km dərinlikdə əmələ gəlib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.