Sakit Okeanda Tonqa krallığı sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, təkanların episentri 22,4 min əhalisi olan krallığın paytaxtı Nukualofa şəhərindən 202 kilometr cənub-qərbdə, ocağı 234 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.