Filippindən cənub-şərqində Talaud adaları yaxınlığında (İndoneziya) Sakit okeanda 5,8 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya məkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Filippinin Mati şəhərindən 265 km cənub-şərqdə (əhalisi təxminən 105 min nəfər) Şərqi Davao vilayətində yerləşib. Yeraltı təkanların ocağı 118 km dərinlikdə olub.
Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.