Sakit okeanda Tonqa Krallığı sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Krallığın paytaxtı Nukualofa şəhərindən 159 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.