Sakit Okeanda Çilinin Pasxa adasından cənub-şərqdə 5,8 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, təkanların episentri Pasxa adasındakı yaşayış məntəqəsindən 970 kilometr məsafədə, ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Sunami təhlükəsi barədə məlumat verilməyib.