Xəbər - Trend:
Seysmoloqlar Sakit okeanın cənub şərqində 5.5 bal gücündə zəlzələ qeydə alıblar.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu xəbəri Avropa-Aralıq dənizi seysmoloji mərkəzi yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Çilinin Valdiviya şəhərinin 3246 km qərbində baş verib.
Sunamı və dağıntılar haqqında məlumat daxil olmayıb.