Bərabərlik və insan hüquqları uğrunda mübarizə aparanlar cəzalandırılmalı deyil, təqdir olunmalıdırlar.
AzerTimes xəbər verir ki, bunu tanınmış müğənni Şakira özünün Tvitter hesabında yazıb.
Şakira müharibə ittihamına görə edam hökmü oxunan Təbrizin “Traktor” futbol klubunun oyunçusu Əmir Nəsr Azadaniyə dəstək verib.
Qeyd edək ki, İran rejimi məhkəməsi noyabrın 18-də İsfahan şəhərində həbs edilən tanınmış futbolçunu 3 nəfərlik silahlı dəstə quraraq dövlət məmurunun öldürməkdə ittiham edir. Əmir Nəsr Azadani ona qarşı irəli sürülən ittihamı qəbul etmir.