Şairə Solmaz Şirvanlı vəfat etdi

Şairə Solmaz Şirvanlı vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, bu haqda şair Yusif Nazim Ərəbsoy özünün Feysbuk səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu “Cavanşir yurdu” rayon qəzetində çalışıb.

Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb, ilk şeiri “Yeni Şirvan” qəzetində çap olunub.

“Tanrım mənə qəm qıyıb” (2002) və “Duyğu çiçəkləri” (2018) adlı şeirlər kitablarının müəllifidir.

Onun şeirləri “ZİRVƏ” Poeziya antologiyasında (2015-2020), “Sazlı-sözlü Borçalı” (2018-2020) və “Canım Azərbaycanım” (2019-2020) ədəbi məcmuələrində oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Teqlər: