Şair Əli Vəkil vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib.

Yazıçılar Birliyindən AzerTimes-a verilən məlumata görə, şair bu gün ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu) 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olub. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “İki günəş” (1971), “Doğma Yollar” (1979), “Ata həsrəti” ( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” ( 1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları çap olunub.


Allah rəhmət eləsin!

Teqlər: