Şahzadə Harri kral soyadını dəyişir

Şahzadə Harri kral soyadını dəyişir

Britaniya şahzadəsi Harri kral ailəsinin daşıdığı Maunbatten-Vindzor soyadını anası şahzadə Diananın daşıdığı Spenser soyadı ilə dəyişdirmək istəyir.

AzerTimes xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Harri Böyük Britaniyaya səfəri zamanı şahzadə Diananın qardaşı Çarlz Spenserlə soyadının dəyişdirilməsi imkanını müzakirə edib.

“Şahzadə Harri övladları Şahzadə Arçi və Şahzadə Lilibetin daşıdığı Maunbatten-Vindzor soyadından imtina edərək anasının soyadını götürməyin yollarını araşdırmağa can atır”, – nəşr bildirib.

Məlumata görə, Çarlz Spenser şahzadəni bu addımdan uzaq durmağa çağırıb.

Teqlər: