Ukraynadakı müharibədən Rusiya büdcəsinə hər gün milyonlarla dollar vəsait daxil olur. Döyüşlərə xərclənən puldan qat-qat çoxu qazanc şəklində geri qayıdır. Amma Rusiya hər gün onlarla əsgərini, zabitini itirir.
AzerTimes xəbər verir ki, bu fikirləri Rusiyanın “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” proqramının efirində Karen Şahnazarov bölüşüb.
“Əslində, tərsinə olmalıdır. Pul itirmək insan itkisindən yaxşı sayılmalıdır. Ona görə hesab edirəm ki, bu müharibə Kremlə iqtisadi xeyir versə də, dayandırılmalıdır. Əks təqdirdə baş verən hadisələr Rusiya üçün pis sonluqla nəticələnəcək”, – deyə Şahnazarov qeyd edib.