Şahmatçımız Fransa çempionu oldu

Şahmatçımız Fransa çempionu oldu

Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.

Şahmat Federasiyasının mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi “Chartres Echecs” 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib. Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

Qeyd edək ki, 29 xalı olan “Bischwiller” ikinci, 27 xal toplayan “Asnieres le Grand Echiquer” komandası üçüncü yeri tutub.

Teqlər: