Şahmatçılarımız Avropa çempionatında Rusiya və Ukrayna yığmaları ilə heç-heçə ediblər

Bu gün Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçirilib.

AzerTimes xəbər verir ki, kişilərdən ibarət komandamız Rusiya, qadın şahmatçılarımız isə Ukrayna yığması ilə qarşılaşmalarda ümumi hesabda xalları yarı bölüblər.

Belə ki, kişi şahmatçılarımız Şəhriyar Məmmədyarov Aleksandr Qrişuk, Teymur Rəcəbov Daniil Dubov, Qədir Hüseynov Andrey Esipenko, Rauf Məmmədov Kiril Alekseyenko ilə heç-heçə ediblər.


Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə Anna Uşenina, Xanım Balacayeva Nataliya Buksa üzərində qələbə qazanıblar. Digər təmsilçilərimiz Gövhər Beydullayeva Nataliya Jukova, Gülnar Məmmədova Yuliya Osmaka uduzublar.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.

Teqlər: