Dağıstanda keçirilən yarışda şahmatçı rəqibini zəhərləməyə cəhd edib. O, saxlanılıb və müsabiqədən kənarlaşdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Məlumata görə, Mahaçqalada keçirilən yarışda iştirakçılardan biri 40 yaşlı Əminə Abakarova rəqibi Umayqanat Osmanovanı civə maddəsi ilə zəhərləyib.
Videogörüntülərdən məlum olur ki, Abakarova rəqibin masasına zəhərli maye tökdükdən sonra onu şahmat fiquru ilə ovuşdurmağa çalışır. Stol arxasında əyləşən idmançı Umayqanat Osmanova oyun zamanı özünü pis hiss etməyə başlayıb.
Bildirilir ki, Abakarova iyulda turnirin finalında məğlubiyyətinin qisasını almaq üçün bu addımı atıb.